Noyabrın 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda və bölgələrin əksəriyyətində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağıntı gözlənilmir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 11-14°, gündüz isə 18-23° isti olacaq. Atmosfer təzyiqinin 766 mm civə sütunundan 763 mm-ə düşəcəyi proqnozlaşdırılır. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Bölgələrdə gecə 11-16°, gündüz 19-24° isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə temperatur gecə 5-10°, gündüz 12-17° isti təşkil edəcək.
