Ötən gün ölkə üzrə minlərlə abituriyent tələbə adını qazanıb. Bəzi abituriyentlər arzuladıqları ixtisasa qəbul olsalar da, digərləri gələn il yenidən imtahan vermək qərarına gəlib. Məlumata görə, belə abituriyentlərdən biri də H.G. olub.
O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir ali məktəbə qəbul olmadığını açıqlayıb.
Məlumata əsasən, IV ixtisas qrupu üzrə imtahan verən H.G. yalnız tibb sahəsində təhsil almaq istəyib. Bu səbəbdən ixtisas seçimində yalnız tibb ixtisasını qeyd edib.
Abituriyent gələn il yenidən imtahan verəcəyini bildirib. Onun bu qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər H.G.-nin əzmkarlığını təqdir etsə də, 610,4 balla ali məktəbə qəbul olunmaması təəccüb doğurub.
