Abşeronda ailə mübahisəsi faciə ilə nəticələndi: Gənc anasını yandırdı

Abşeronda ailə mübahisəsi faciə ilə nəticələndi: Gənc anasını yandırdı

Abşeron rayonunun Hökməli qəsəbəsində 21 yaşlı gənc anasını yandıraraq öldürüb. Hadisə ilə bağlı məhkəmə hökmü çıxarılıb.

Xəbəraxını xəbər verir ki, hadisə 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin ailəsi ilə yaşadığı evdə baş verib.

Məlumata görə, ailədə dini məsələlərlə bağlı mütəmadi mübahisələr yaşanıb. Atanın ailə üzvlərini şəriət qaydalarına əməl etməyə çağırması, ananın və iki qızının isə bu tələbləri qəbul etməməsi gərginliyə səbəb olub. Abdurrəhman mübahisələr zamanı atasını dəstəkləyərək anasını və bacılarını günahlandırıb.

Sonuncu mübahisə zamanı qadın evin satılaraq ailə üzvləri arasında bölünməsini istəyib. Ata və oğul bu təklifə qarşı çıxıblar. Mübahisə böyüdükdən sonra Abdurrəhman benzin götürərək evə və anasının üzərinə töküb, daha sonra od vurub.

Ailə üzvlərinin qadını xilas etmək cəhdləri nəticə verməyib. Ağır yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Abdurrəhman Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir