Bloqer Namiq Əziz anasını döyməkdə ittiham olunur

Bloqer Namiq Əziz anasını döyməkdə ittiham olunur

Sosial şəbəkələrdə xeyriyyəçilik fəaliyyəti ilə tanınan bloqer Namiq Əzizin anasının yaşadığı evə daxil olaraq ona fiziki zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılıb.

Xəbəraxınının “Bakupost”a istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabad rayonunda baş verib.

Məlumata əsasən, əsl adı Namiq Kəlbiyev olan bloqer Bakıdan Cəlilabada gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. Daha sonra qadına hücum edərək onu döydüyü bildirilir. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Bildirilir ki, Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun anasına qarşı bu hərəkəti hansı səbəbdən törətdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir