Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşam saatlarından 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.
Noyabrın 5-i günün ikinci yarısından başlayaraq ölkənin şimal və qərb rayonlarında da hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntı düşəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə leysan xarakterli intensiv yağış, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Proqnoza görə, noyabrın 5-i axşam və 6-sı gecə yağıntılar daha da güclənə bilər.
Yağışlar nəticəsində çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna edilmir.
Qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, temperaturun əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi bildirilir.
