Türkiyədə meşə yanğını: üç ev təxliyə edilib

Türkiyədə meşə yanğını: üç ev təxliyə edilib

Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda gecə saatlarından etibarən meşə yanğını ilə mübarizə aparılır.

Muğla valisi İdris Akbıyık bildirib ki, yanğınla əlaqədar Ula rayonunda bir, Menteşedə isə iki ev olmaqla ümumilikdə üç yaşayış evi təxliyə edilib.

Alovun qarşısının alınması üçün genişmiqyaslı müdaxilə həyata keçirilir. Yanğınsöndürmə işlərinə 7 təyyarə, 13 helikopter, 32 yanğınsöndürmə maşını, 7 buldozer, 62 su maşını, 12 ağır texnika və 232 nəfərlik şəxsi heyət cəlb olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir