Beyləqanda ağır qəza: ata öldü, qızı yaralandı

Beyləqanda ağır qəza: ata öldü, qızı yaralandı

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun ərazisində qeydə alınıb. Bolsulu kənd sakini, 1962-ci il təvəllüdlü Seymur Qaraca oğlu Kərimovun idarə etdiyi “VAZ-2107” hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər iki yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Seymur Kərimov xəstəxanada vəfat edib.

Aytən Muradovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir