Sentyabrın 12-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava hökm sürəcək, lakin bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Gecə saatlarında ayrı-ayrı yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək.
Paytaxt və Abşeron yarımadasında temperaturun gecə 17-20°, gündüz 25-29° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-60% təşkil edəcək.
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla yanaşı, gündüz bəzi ərazilərdə arabir yağış yağması, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olması, şimşək çaxması və dolu düşməsi mümkündür. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacaq.
Rayonlarda temperatur gecə 16-19°, gündüz 26-31° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti olacağ
