Noyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda və ölkənin əksər bölgələrində havanın əsasən yağmursuz keçəcəyi, temperaturun isə 23 dərəcəyədək yüksələcəyi gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağış yağmayacaq. Səhər saatlarında bəzi yerlərdə zəif duman və çiskin müşahidə edilə bilər. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 13-16, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz isə 60-65 faiz olacaq.
Bəzi dağlıq ərazilərdə yağış yağacaq
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.
Bölgələrdə mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 19-23 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3-8, gündüz 13-18 dərəcə isti gözlənilir.
