Gəncədə mənzillərdən birindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin həmin evdə usta işlədiyi məlum olub.
Xəbəraxını xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisindəki mənzillərdən birindən ümumi dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin mənzildə usta kimi çalışan Ç. Nəcəfov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızıl-zinət əşyalarını satıb.
Faktla bağlı araşdırma aparılır.
