Sertifikatlaşdırmadan keçən 31 min müəllimin maaşı artacaq
Sertifikatlaşdırma prosesindən uğurla keçən 31 min müəllimin əməkhaqqına 35 faiz əlavə ödəniləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi məqsədilə həyata keçirilən sertifikatlaşdırma prosesinin bu il ilk mərhələsi yekunlaşıb.
Eşqi Bağırovun sözlərinə görə, bütün fənn müəllimləri sertifikatlaşdırmada ən azı bir dəfə iştirak edib. Bu müəllimlərin ümumi sayı təxminən 105 min nəfərə çatır.
