“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına vahid biletlər satışda

“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına vahid biletlər satışda

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi ev oyunları üçün vahid biletlərin satışına başlanılıb.

Azarkeşlər bir bilet əldə etməklə Bakı Olimpiya Stadionunda komandanın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə keçirəcəyi 4 qarşılaşmanı canlı izləyə biləcəklər.

Vahid biletlərin qiyməti 35-285 manat arasında dəyişir.

Bildirilib ki, satın alınan biletlərin geri qaytarılması, dəyişdirilməsi və bərpası mümkün deyil.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Ondan istifadə etmək üçün azarkeş iTicket.az mobil tətbiqində bileti aldığı hesabına daxil olmalıdır. QR-biletlər qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir