Bakıda dünya çempionatı başladı: İlk qaliblər bəlli oldu – Azərbaycan ev sahibliyi edir

Bakıda dünya çempionatı başladı: İlk qaliblər bəlli oldu – Azərbaycan ev sahibliyi edir

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının açılış mərasimi keçirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, beynəlxalq federasiyanın prezidenti Aleksandr Çuprian, bir sıra ölkələrin fövqəladə hallar qurumlarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub, Azərbaycan Respublikasının Dövlət Himni və beynəlxalq federasiyanın himni səsləndirilib.

Kəmaləddin Heydərov çıxışında Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi təcrübəsindən danışıb və çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, eləcə də ölkələr arasında təcrübə mübadiləsinə töhfə verəcəyini vurğulayıb.

Daha sonra çempionat rəsmi olaraq açıq elan edilib. Mərasim çərçivəsində milli musiqi və rəqs nümunələri təqdim olunub.

Açılış günündə hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. İlk mükafatçılar da müəyyənləşib.

Kişilər arasında Rusiyanı təmsil edən Dmitri Qrebenşikov qızıl medal qazanıb. Eyni ölkənin idmançıları Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc mükafata layiq görülüb.

Qadınların yarışında da Rusiya təmsilçisi Mariya Kataseva dünya çempionu olub. Belarus idmançısı Aleksandra Lasenkova ikinci, Rusiya təmsilçisi Yekaterina Sidorenko isə üçüncü yeri tutub.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növdə mübarizə aparırlar: hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr yanğın estafeti və döyüş açılışı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir