Sabaha olan hava proqnozu açıqlandı 

Sabaha olan hava proqnozu açıqlandı 

Oktyabrın 11-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq.

Xəbəraxını xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Paytaxtda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz isə 50-55 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 2-7, gündüz 10-15 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir