Azərbaycanda onlarla yeni hakim təyin edildi – ADLAR AÇIQLANDI

Azərbaycanda onlarla yeni hakim təyin edildi – ADLAR AÇIQLANDI

Azərbaycanda Bakı və rayon məhkəmələrinə yeni hakimlər təyin olunub. Təyinatlar ağır cinayətlər, inzibati, kommersiya və rayon məhkəmələrini əhatə edir.

Xəbəraxını xəbər verir ki, müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinə Pərviz Muradov, Gəncə Ağır Cinayətlər Məhkəməsinə Cəmil Bəşirov, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Esmira Məmmədova, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə isə Samir İsmayılov və Tariyel Quliyev təyin ediliblər.

Bakı şəhərinin rayon məhkəmələrinə də yeni hakimlər təyin olunub. Onların arasında Binəqədi Rayon Məhkəməsinə Pərviz Məmmədov, Xətai Rayon Məhkəməsinə Aydan Məmmədli, Xəzər Rayon Məhkəməsinə Nərmin Abiyeva, Nəsimi Rayon Məhkəməsinə Vüsalə Musayeva, Nizami Rayon Məhkəməsinə Starə Əliyeva, Suraxanı Rayon Məhkəməsinə isə Aynur Əliyeva və Fəridə Rzayeva var.

Bundan başqa, Abşeron, Gəncə, Füzuli, Hacıqabul, Mingəçevir, Neftçala, Sumqayıt və Ucar məhkəmələrinə də hakim təyinatları həyata keçirilib.

Sərəncamda hakim vəzifəsinə yeni namizədlərin təyin edilməsi ilə bağlı qərarlar da yer alıb. Bu təyinatlar Bakı şəhərinin bir sıra rayon məhkəmələrini, eləcə də müxtəlif bölgələrin rayon və şəhər məhkəmələrini əhatə edir.

Sərəncamın birinci hissəsi 2026-cı il oktyabrın 11-dən, ikinci hissəsi isə imzalandığı gündən qüvvəyə minir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir