Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalaraq xəsarət alıb.
Hadisə sentyabrın 11-də səhər saatlarında M.Ə.Rəsulzadə prospektində baş verib.
Çaqqal 71 yaşlı Oktay Əliyevi, 71 yaşlı Töhvə Məmmədovanı, 61 yaşlı Reyhanə Muxtarovanı və 36 yaşlı Sənan Əmirlini dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.
