Milli Məclisdə magistratura üzrə təhsil müddətinin iki ildən bir ilə endirilməsi təklif edilib.
Təklif parlamentin Elm və təhsil komitəsinin sentyabrın 11-də keçirilən iclasında səsləndirilib. Deputat Ceyhun Məmmədov bildirib ki, hər il magistraturaya qəbul zamanı 4 mindən çox yer boş qalır.
Onun sözlərinə görə, gənclərin bir hissəsi ikiillik təhsil müddətini uzun hesab etdiyi üçün magistraturaya maraq göstərmir.
Deputat bu səbəbdən magistratura proqramlarının müddətinin bir ilə endirilməsinin məqsədəuyğun olduğunu bildirib.
