Rusiyada yaşayan bir qrup azərbaycanlı deportasiya edilib

Rusiyada yaşayan bir qrup azərbaycanlı deportasiya edilib

Rusiyanın Stavropol diyarında 2026-cı ilin əvvəlindən indiyədək ölkədə qanunsuz yaşayan 395 əcnəbi deportasiya olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin yerli idarəsi məlumat yayıb.

Deportasiya edilən şəxslər arasında Türkmənistan, Özbəkistan, Azərbaycan və Tacikistan vətəndaşları da var.

Hazırda 40-dan çox əcnəbi xüsusi saxlanma müəssisəsində yerləşdirilib və ölkədən çıxarılmasını gözləyir.

Proqnozlara görə, ilin sonunadək Stavropol diyarından deportasiya olunan əcnəbilərin sayı 430-u ötə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir