Ronaldo və Messi eyni komandada oynayacaq?

Ronaldo və Messi eyni komandada oynayacaq?

Argentina millisinin və “Boka Xuniors”un sabiq futbolçusu Karlos Tever Lionel Messi ilə Kriştiano Ronaldonun onun vida matçında eyni komandada çıxış edə biləcəyini açıqlayıb.
“Footmercato” nəşrinin məlumatına görə, dekabrda keçirilməsi planlaşdırılan qarşılaşma Buenos-Ayresdəki “La Bombonera” stadionunda təşkil olunacaq.

Tever bildirib ki, uzun illərdir arzuladığı Messi və Ronaldonu eyni komandada görmək istəyini gerçəkləşdirmək üçün hər iki futbolçu ilə əlaqə saxlayıb:

“Mən həmişə Kriştiano və Leonu eyni komandada görmək arzusunda olmuşam. Onlar bütün zamanların ən böyük iki futbolçusudur. Xüsusilə Kriştiano ilə əlaqə saxladım və ona dedim ki, vida matçımda sənin və Leonun eyni komandada oynamasını istəyirəm. Bütün dünya bu möcüzəni bir daha görə bilsin. O, gələcəyini dedi. Leonu razı salmaq da çətin olmadı. Hər ikisi razılığını verdi. Bu anı səbirsizliklə gözləyirəm. Matç çox emosional olacaq”.

Qeyd edək ki, Tever Ronaldo ilə “Mançester Yunayted”də, Messi ilə isə Argentina millisində birlikdə çıxış edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir