Balakəndə 21 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Balakəndə 21 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Balakən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə və çətənə kolları aşkar edilib.

Əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.

Onun rayon ərazisində yerləşən qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir