Qazaxda Bakı-Qazax magistral yolunda hərəkətdə olan TIR markalı yük avtomobili yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Xəbəraxını xəbər verir ki, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü N. Mehdiyevin idarə etdiyi yük avtomobili hərəkətdə olarkən qəfil alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. Yanğın söndürülüb, avtomobilin alovdan zərər görməyən hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları da gəliblər. Faktla bağlı araşdırma aparılır.
