Keçmiş həyat yoldaşının və qohumlarının fotolarını söyüşlə paylaşdı – 8 gün həbs edildi

Keçmiş həyat yoldaşının və qohumlarının fotolarını söyüşlə paylaşdı – 8 gün həbs edildi

Sosial şəbəkədə keçmiş həyat yoldaşının və onun qohumlarının şəkillərini təhqiramiz ifadələrlə paylaşan 29 yaşlı kişi inzibati qaydada həbs olunub.

Xəbəraxını xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bəhruz İsayev (şərti ad) fotoların üzərinə qeyri-etik ifadələr yazaraq özünə məxsus “TikTok” hesabında yayımlayıb. Paylaşımlarda onun keçmiş həyat yoldaşı Ayselin, qayınatasının və qadının dayısının şəkillərindən istifadə edilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin maddə internetdə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur.

Bəhruz İsayev ifadəsində keçmiş həyat yoldaşı ilə boşandığını bildirib. Onun sözlərinə görə, qadının dayısı ona zəng edərək təhqir edib və bundan sonra qisas almaq qərarına gəlib. O, fotoların üzərinə söyüşlər yazaraq paylaşdığını etiraf edib və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Bəhruz İsayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir