İran ABŞ-dən təzminat aldı: 48 ildən sonra ilk belə hadisə

İran ABŞ-dən təzminat aldı: 48 ildən sonra ilk belə hadisə

İran İslam inqilabından sonra ilk dəfə ABŞ-yə qarşı məhkəmə prosesində qalib gəlib. Nəticədə müsadirə yolu ilə əldə olunan əmlak hesabına zərərçəkənlərə təzminat ödənilməsi nəzərdə tutulur.

Xəbəraxını  xəbər verir ki, bu barədə “Fars” agentliyinə “EB Evi” qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib.

Məsələ ABŞ-nin bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən insanlara qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. “Kəpənək xəstəliyi” adı ilə tanınan bu xəstəlikdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan xüsusi sarğı materiallarının tədarükü sanksiyalardan təsirlənib.

Qolpayeqani bildirib ki, sanksiyaların yaratdığı problemlərlə əlaqədar hüquqi mübarizəyə 2018–2019-cu illərdə başlanılıb. 2021–2022-ci illərdə isə xəstələrin ailələri məhkəməyə müraciət ediblər.

Onun sözlərinə görə, prosesə aidiyyəti qurumlar, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və ordu strukturları da cəlb olunub.

Məhkəmə işi çərçivəsində neft yükünün müsadirə edildiyi bildirilir. Əldə olunan vəsaitin məhkəmənin müəyyən etdiyi zərərin əvəzinin ödənilməsi üçün istifadə edilməsi və qanunvericiliyə uyğun şəkildə xəstələr arasında bölüşdürülməsi planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir