Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
55 kiloqram çəki dərəcəsində çıxış edən təcrübəli güləşçimiz final qarşılaşmasında İran təmsilçisi Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Eldəniz Əzizli karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Azərbaycanın digər güləşçisi Sənan Süleymanov da bu gün dünya çempionatının finalında mübarizə aparacaq. 77 kiloqram çəki dərəcəsində yarışan idmançımızın həlledici görüşdə rəqibi Moldova təmsilçisi Aleksandrin Qutu olacaq.
