Bakının Əhmədli qəsəbəsində baş verən və bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə əlaqədar saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.
Xəbəraxını xəbər verir ki, şübhəli şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var. Hazırda onların ifadələri alınır.
Məlumata görə, hadisə zamanı qətlə yetirilən şəxs kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınıb. Bildirilir ki, tərəflər arasında yaranmış münaqişəni yoluna qoymaq məqsədilə görüşü deputatın oğlu Əhməd təşkil edib.
Qeyd edək ki, hadisə ilə əlaqədar deputatın oğlu da daxil olmaqla, ümumilikdə 9 nəfər müxtəlif əməllərdə şübhəli bilinərək saxlanılıb. Onlardan Emin Rəhimov (“Sabunçu Emin”) və MMA idmançısı Elmar Cəfərov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.
Həmin iki şəxs hadisədən sonra ərazidən qaçaraq gizləniblər. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
