Sabah magistral yollarda sürücülərə xəbərdarlıq: Görünüş məsafəsi azalacaq

Sabah magistral yollarda sürücülərə xəbərdarlıq: Görünüş məsafəsi azalacaq

Oktyabrın 26-da Azərbaycanın bəzi magistral avtomobil yollarında dumanlı və yağıntılı hava şəraiti səbəbindən görünüş məsafəsi məhdudlaşacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi magistral yollarda görünüş məsafəsinin 500–1000 metrədək azalacağı gözlənilir.

Dumanlı və yağıntılı hava şəraitində sürücülərə sürət həddinə əməl etmək, təhlükəsiz ara məsafəsi saxlamaq və ehtiyatlı hərəkət etmək tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir