Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında 1990-cı il təvəllüdlü Elvin Mehdiyev bıçaq xəsarəti alıb.
Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı B. Xıdırov polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Mübahisənin hansı səbəbdən yarandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
