Bu ilin sentyabr ayında Azərbaycanda əlilliyə görə pensiya alan şəxslərin sayı 239 971 nəfər təşkil edib.
Xəbəraxını xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb.
