İsmail Kartalla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına başlayan İstanbulun “Fənərbağça” klubu seçim edib.
Xəbəraxını xəbər verir ki,türkiyəli futbol şərhçisi Rıdvan Dilmen “X” hesabında komandanın yeni çalışdırıcısının Emre Belözoğlu olacağını açıqlayıb.
R.Dilmen paylaşımında bildirib ki, son anda Serjiu Konseysau ilə bağlı variant reallaşmadığından “Fənərbağça”nın sükanı arxasına Emre Belözoğlu keçib. O, yeni baş məşqçiyə uğurlar arzulayıb.
Məlumata əsasən, “Kasımpaşa” rəhbərliyi də Belözoğlunun komandadan ayrılmasına razılıq verib.
“Fənərbağça” rəhbərliyinin bu axşam Emre Belözoğlu ilə görüşəcəyi, sabah isə təyinatla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Bildirilir ki, müqavilə imzalanacağı təqdirdə Belözoğlu “Liverpul”la qarşılaşmada komandanı meydana çıxarmaq istəyir.
