Rusiyada iki azərbaycanlı faciəvi şəkildə öldü – Avtomobil yük maşınına çırpıldı

Rusiyada iki azərbaycanlı faciəvi şəkildə öldü – Avtomobil yük maşınına çırpıldı

Rusiyada baş verən ağır yol-nəqliyyat hadisəsi iki azərbaycanlının həyatına son qoyub.

Xəbəraxını xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistralının 1 230-cu kilometrliyində, Severnı rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qadağan olunmuş yerdə qarşı hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub.

Güclü toqquşma nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Sərnişin isə xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Həlak olan şəxslərin kimliyi hələlik müəyyənləşdirilməyib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir