“Qarabağ” 4500 manat cərimələndi

“Qarabağ” 4500 manat cərimələndi

“Qarabağ” klubu 4500 manat məbləğində cərimələnib.

Xəbəraxını xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Cəriməyə Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən səfər matçında (0:0) baş verən hadisələr səbəb olub.

Oyundan sonra Ağdam klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən “Qarabağ” 3000 manat cərimə olunub.

Bundan əlavə, futbolçu Zakaria Savonun formasında adının Azərbaycan əlifbasında olmayan hərflə yazılması kluba daha 1500 manat cəriməyə başa gəlib.

Qeyd edək ki, “Qəbələ” də 1000 manat cərimələnib. Buna səbəb “Zona 1” ərazisində kənar şəxslərin olmasıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir