Etirazlar futbol matçını da “dayandırdı”: Liqa 1 qarşılaşmasının tarixi dəyişdirildi

Etirazlar futbol matçını da “dayandırdı”: Liqa 1 qarşılaşmasının tarixi dəyişdirildi

Fransada keçirilən etiraz aksiyaları futbol təqviminə də təsir göstərib. Liqa 1 çərçivəsində keçirilməsi planlaşdırılan “Tuluza” – “Trua” matçının tarixi dəyişdirilib.

Xəbəraxını xəbər verir ki, oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan qarşılaşma bir gün sonraya — oktyabrın 25-nə təxirə salınıb. Qərarın ölkədə baş verən etiraz aksiyaları ilə əlaqədar qəbul edildiyi bildirilir.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, etiraz aksiyalarında iştirak edənlərin sayı təxminən 550 min nəfər olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir