Bakıda təmir işləri ilə əlaqədar 553 və 567 nömrəli marşrut avtobuslarının hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Sərnişinlərə səfərlərini planlaşdırarkən yeni sxemi nəzərə almaları tövsiyə olunur.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Hökməli–Puta yolunun Çingiz Mustafayev küçəsi hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Dəyişikliklə əlaqədar 567 nömrəli marşrut Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrut isə “Yeni məhəllə” adlanan ərazi üzrə hərəkət edir.
