Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının ölkəmizdə “arzuolunmaz şəxslər” elan edildiyini açıqlayıb. Onların Azərbaycana girişinə qadağa qoyulub. Siyahıda jurnalistlər, siyasətçilər, blogerlər və ictimai xadimlər də yer alır.
Xəbəraxını xəbər verir ki,Nazirliyin açıqlamasına görə, qərar müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar nəzərə alınaraq qəbul edilib.
Məlumatda həmin şəxslərin hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş bəyanatlarının da əsas götürüldüyü bildirilib.
“Arzuolunmaz şəxslər” siyahısına daxil edilən Türkiyə vətəndaşları:
- Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri
- Cem Özyurt – bloger
- Akın Duru – TV8 və “Acunmedya” əməkdaşı
- Dursun Eker – jurnalist, “File Prodüksiyon Hizmetleri”
- Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı
- Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi
- Cüneyt Sezer – bloger, sosioloq, publisist və siyasi analitik
- Serhat Koyuncu – ictimai xadim
- Mikail Ayyıldız – dini yazar və araşdırmaçı
- Ahi Aratoğlu – araşdırmaçı yazar, şair və sosioloq
- Muharrem Çavuş – AK Partinin Boğaziçi Gənclik Qollarının 2020–2025-ci illərdə rəhbəri
- Fatih Erbakan – “Yeniden Refah” Partiyasının sədri
- Yahya Uğraş – HÜDA PAR sədrinin müavini
- Aydın Binboğa – iqtisadçı və siyasətçi
- Hakkı Eren – “Köklü Değişim” jurnalının əməkdaşı
- Sait Seyitoğlu – HÜDA PAR-ın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
- Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin imam-xətibi
- Okan Aytaş – jurnalist, “Finansopia Medya” şirkətinin sahibi
- Mert Armağan – jurnalist
- Yaşar Yavuz – “Yeni Şafak”, “Diriliş Postası” və “Referans” nəşrlərinin jurnalisti
- Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı
- Yusuf Kaplan – yazıçı və jurnalist
- Erdinc Teğmen – “Erte Medya” şirkətinin sahibi
- Ahmet Çakar – keçmiş millət vəkili
- Halil Atakan Ay – ilahiyyatçı
- İsmail Kılıçarslan – TVNET və “Yeni Şafak” əməkdaşı
- Murat Şahin – “Akit TV” proqram aparıcısı
- İrfan Kaya Ülger – “Akit TV” proqram aparıcısı
- Fatin Dağistanlı – “Akit TV” proqram aparıcısı
- Ömer Ulutaş – “Toprak” Partiyasının sədri
- Ömer Faruk Gergerlioğlu – millət vəkili
XİN-dən bildirilib ki, Azərbaycanın suverenliyinə qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq qanunvericiliyə uyğun tədbirlər bundan sonra da davam etdiriləcək.
