Bakının Sabunçu rayonunda təmir işləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti üç gecə ardıcıl olaraq tam məhdudlaşdırılacaq. Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məhdudiyyət Bəşir Bünyadov küçəsinin “Koroğlu” metro stansiyasından (“Piramida” tərəfdən) Heydər Əliyev prospektinədək olan hissəsini, eləcə də Bakıxanov qəsəbəsi istiqamətindəki yolları əhatə edəcək.
Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı vaxtlarda tam məhdudlaşdırılacaq:
- 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;
- 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;
- 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.
AAYDA sürücülərə qeyd olunan vaxtlarda alternativ yollardan istifadə etməyi, hərəkət zamanı diqqətli olmağı və təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edib.
