Ərdoğan İlham Əliyevə zəng etdi – Görüşdə hansı məsələlər müzakirə olundu?

Ərdoğan İlham Əliyevə zəng etdi – Görüşdə hansı məsələlər müzakirə olundu?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı iki ölkə arasındakı münasibətlər və regional, eləcə də qlobal məsələlər diqqət mərkəzində olub.

Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Oktyabrın 21-də baş tutan telefon danışığı zamanı Ərdoğan Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə İlham Əliyevi bir daha təbrik edib. O, Azərbaycan Prezidentini Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

İlham Əliyev telefon zənginə və təbriklərə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Dövlət başçısı da Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir