Britaniya Səudiyyə Ərəbistanına qırıcılar göndərir: Husilərin hücumlarına qarşı yeni addım

Britaniya Səudiyyə Ərəbistanına qırıcılar göndərir: Husilərin hücumlarına qarşı yeni addım

Böyük Britaniya Yəməndəki husilərin mümkün hücumlarından şəhərləri və mühüm infrastrukturu qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi aviasiya qüvvələri yerləşdirəcək.

Xəbəraxını xəbər verir ki, bu barədə  Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanına “Eurofighter Typhoon” qırıcı təyyarələri və A400M hərbi nəqliyyat təyyarəsi göndəriləcək.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, qırıcılar husilərə qarşı hücum əməliyyatlarında iştirak etməyəcək. Onların əsas vəzifəsi Səudiyyə Ərəbistanının hava məkanını dron və raket hücumlarından qorumaq olacaq.

A400M təyyarələri isə hərbi yüklərin və Britaniya məsləhətçilərinin daşınmasını təmin edəcək.

Bundan əlavə, London daha əvvəl Səudiyyə Ərəbistanına göndərilmiş yanacaqdoldurma tanker təyyarəsinin missiyasını 90 gün müddətinə uzadıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir