Sabah 3 rayon və Şirvanda qaz kəsiləcək – Sakinlərə xəbərdarlıq

Sabah 3 rayon və Şirvanda qaz kəsiləcək – Sakinlərə xəbərdarlıq

Sabah Azərbaycanın bir neçə bölgəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri ilə əlaqədar İmişli və Saatlı rayonlarının, Sabirabadın böyük hissəsinin, eləcə də Şirvan şəhərinin bir qəsəbəsinin qazsız qalacağı bildirilir.

Xəbəraxını xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-də saat 08:00-dan etibarən qaz təchizatında fasilə yaranacaq.

Məhdudiyyət İmişli və Saatlı rayonlarını, Sabirabad rayonunun böyük hissəsini, həmçinin Şirvan şəhərinin Bayramlı qəsəbəsini əhatə edəcək.

Qazın verilişi təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunacaq. İşlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir