Kolumbiyada qızıl mədəni çökdü: 14 nəfər öldü, 7 yaralı var

Kolumbiyada qızıl mədəni çökdü: 14 nəfər öldü, 7 yaralı var

Kolumbiyanın cənub-qərbində qanunsuz fəaliyyət göstərən qızıl mədəninin çökməsi faciə ilə nəticələnib. Hadisə nəticəsində azı 14 nəfər həyatını itirib, daha 7 nəfər xəsarət alıb.

Xəbəraxını xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Hadisə Nariño departamentində baş verib. Bölgənin qubernatoru Luis Alfonso Eskobarın bildirdiyinə görə, ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Qeyd edək ki, avqust ayında da həmin departamentdə oxşar hadisə qeydə alınmış, nəticədə 13 nəfər həlak olmuşdu.

Kolumbiyanın kənd ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılması geniş yayılıb. Zəruri infrastrukturun və təhlükəsizlik tədbirlərinin çatışmazlığı isə bu cür faciələrin başvermə riskini artırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir