Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova ilə bağlı qərar açıqlandı

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova ilə bağlı qərar açıqlandı

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə ittiham olunan şəxslərin apellyasiya şikayətinə baxılıb.

Xəbəraxını xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən yekun iclasda qərar elan olunub.

Qərara əsasən, Əzizə Seyidova, eləcə də Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Beləliklə, təqsirləndirilən şəxslərin hökmdən verdikləri apellyasiya şikayəti təmin edilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir