Azad edilmiş ərazilərdə sentyabrın 14-dən 20-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 65 tank əleyhinə mina, 204 piyada əleyhinə mina və 745 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmin müddətdə ümumilikdə 1840,3 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə işləri Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində həyata keçirilib.
Əməliyyatlara Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), 5 yerli təşkilat və 1 qeyri-hökumət təşkilatı cəlb olunub.
