Bu gün Beynəlxalq Sülh Günüdür

Bu gün Beynəlxalq Sülh Günüdür

Hər il sentyabrın 21-də Beynəlxalq Sülh Günü qeyd olunur. BMT Baş Assambleyası 1981-ci ildə bu günü təsis edib, 2001-ci ildə isə 21 sentyabrı qlobal atəşkəs və zorakılıqdan imtina günü kimi müəyyənləşdirib.

Beynəlxalq Sülh Günü dünyada sülh, təhlükəsizlik, insan hüquqları, bərabərlik və dialoqun təşviqinə diqqət çəkmək məqsədi daşıyır. BMT bildirir ki, davamlı sülh yalnız müharibələrin dayandırılması ilə deyil, insanların təhlükəsiz, ləyaqətli və bərabər imkanlara malik olduğu cəmiyyətlərin qurulması ilə mümkündür.

2026-cı ildə Beynəlxalq Sülh Gününün mövzusu “Sülhə sərmayə qoyun – hər kəs üçün, hər yerdə, hər gün” şüarıdır. Bu il BMT sülhün qurulmasında gündəlik olaraq fəaliyyət göstərən insanlar və icmaların roluna diqqət çəkir.

Beynəlxalq Sülh Günü münasibətilə müxtəlif ölkələrdə maarifləndirici tədbirlər və aksiyalar keçirilir. BMT isə bu günü sülh naminə dialoq, əməkdaşlıq və praktiki addımların təşviqinə həsr edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir