Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərardan irəli gələn məsələlərin həlli Elm və Təhsil Nazirliyinə həvalə olunub.
Sənədə əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi olacaq. İnstitutun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Naxçıvan Dövlət Universitetinə keçəcək.
