Azərbaycanın U-21 milli komandası bu gün AVRO-2027-nin seçmə mərhələsində B qrupunun 9-cu turunda növbəti oyununu keçirəcək.
Xəbəraxını xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv səfərdə Şotlandiyanın U-21 yığması ilə üz-üzə gələcək.
22:30 – Şotlandiya U-21 – Azərbaycan U-21
Qarşılaşmanın baş hakimi norveçli Matias Stefrinqşauq olacaq.
Oyun Şotlandiyanın Kilmanrok şəhərində yerləşən BBSP stadionunda keçiriləcək.
Azərbaycan U-21 millisi seçmə mərhələdə daha əvvəl Portuqaliya ilə iki dəfə (0:5, 0:4), Bolqarıstanla (1:1, 0:0), Çexiya ilə (0:5, 1:1), Şotlandiya ilə (3:3) və Cəbəllütariqlə (1:0) qarşılaşıb.
Yığmamız növbəti oyununu oktyabrın 6-da Cəbəllütariq seçməsinə qarşı keçirəcək.
