Bakının mərkəzində yerləşən Filarmoniya parkında meyit aşkarlanıb.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən parkda qeydə alınıb.
Parkda tapılan meyitin Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə aid olduğu müəyyənləşdirilib. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
