95 yaşlı Əməkdar artist koma vəziyyətinə düşüb

95 yaşlı Əməkdar artist koma vəziyyətinə düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışan Əməkdar artist və diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-dən reanimasiya şöbəsində koma vəziyyətində müalicə alır.

95 yaşlı sənətçinin hazırda Nizami Tibb Mərkəzində olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.

Sevda Saleh Məmmədzadənin qızı Gültən Ramazanovanın sözlərinə görə, hadisə günü səhər saatlarında anasının yanında olub. Daha sonra evinə gedib. Saat 17:00 radələrində anası ilə əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verilməyib və mobil telefonun da söndüyü məlum olub.

Bundan sonra qızının narahat olaraq anasının evinə getdiyi, Fövqəladə Hallar Nazirliyi, polis, prokurorluq və təcili tibbi yardıma məlumat verdiyi qeyd olunub. Hadisə yerinə gələn əməkdaşlar qapını sındıraraq mənzilə daxil olublar.

Sevda Saleh evdə balkonla mətbəx arasındakı keçiddə, iki qapının arasında sıxılmış və yerdə yıxılmış vəziyyətdə aşkarlanıb. İlkin məlumata əsasən, onun işemik insult keçirdiyi ehtimal olunur.

Qızının bildirdiyinə görə, anası səhər onun yanından ayrıldıqdan sonra günorta saatlarında yıxılıb və insult keçirib. Xəstəxanada həkimlər tərəfindən beyninə qaz sızması barədə də məlumat verilib.

Qeyd edək ki, Sevda Saleh Məmmədzadə 65 ilini Azərbaycan Radiosunda fəaliyyətə həsr edib. Ailəsi onun səhhətinin yaxşılaşması üçün dualar edilməsini xahiş edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir