Metroda gediş haqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA 

Metroda gediş haqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA 

“Bakı Metropoliteni”nin “yaşıl” və “qırmızı” xətlərinin ayrılması üzrə işlərin başlanması ilə əlaqədar avqustun 15-dən bəzi stansiyalarda sərnişinlər üçün məhdudiyyətlər tətbiq olunur.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, stansiyalardakı məhdudiyyətlər sərnişin sayının azalmasına səbəb ola bilər. Bu isə Bakı Metropoliteninin gəlirlərinə təsir göstərməklə yanaşı, yaranacaq maliyyə itkisini kompensasiya etmək məqsədilə gələcəkdə gediş haqqının artırılması ehtimalını da gündəmə gətirə bilər.

Gediş haqqının dəyişdirilməsi ilə bağlı məsələyə “Bakı Metropoliteni” QSC-dən aydınlıq gətirilib. Qurum bildirib ki, metro tariflərinin tənzimlənməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti metropolitenə aid deyil.

Məlumata görə, Bakı metrosunda gediş haqqı Tarif (qiymət) Şurasının deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı əsasında müəyyənləşdirilir.

Hazırda Bakı metrosunda bir gedişin qiyməti 60 qəpikdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir