Bacısının sevgilisini öldürən şəxsə HÖKM OXUNDU

Bacısının sevgilisini öldürən şəxsə HÖKM OXUNDU

Şəmkirdə 19 yaşlı Ramal Quliyevin bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hadisə bu ilin aprel ayında baş verib. Məhkəmədə müəyyən edilib ki, 15 yaşlı F.Poladov (şərti soyad) Ramal Quliyevin bacısı ilə münasibətdə olduğunu öyrəndikdən sonra ona qarşı qərəz formalaşdırıb.

Yeniyetmə “TikTok”da bacısının Ramalla əl-ələ çəkdirdiyi fotonu görüb. Həmçinin Ramalın “VAZ” markalı avtomobillə tez-tez onların yaşadığı evin qarşısına gəldiyini bilib.

Bundan sonra F.Poladov Ramalı evlərinin yaxınlığına görüşə çağırıb. Gecə saat 02:00 radələrində baş tutan görüş zamanı o, avtomobildə Ramala bıçaqla hücum edərək çoxsaylı zərbələr endirib.

Ramal Quliyev aldığı xəsarətlər nəticəsində kəskin qan itirməsindən dünyasını dəyişib.

Məhkəmənin hökmü ilə F.Poladov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir