Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina partlayışı baş verib.
Hadisə sentyabrın 10-da ANAMA əməkdaşının xidməti vəzifəsini yerinə yetirdiyi zaman qeydə alınıb. 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənovun olduğu ərazidə piyada əleyhinə mina partlayıb.
Partlayış nəticəsində əməkdaş sol ayağından xəsarət alıb. O, rayon xəstəxanasına təxliyə edilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
