Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinə gecə saatlarında hücum edilib. Naməlum şəxs daş parçaları ilə məktəbin şüşələrini sındırıb.
Xəbəraxını xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
